Azərbaycanın qadın şahmatçıları beynəlxalq turnirdə qələbə qazanıblar
Yunanıstanın Rodos adasında keçirilən “Koloss” beynəlxalq şahmat turniri davam edir.

Azərbaycanı turnirdə Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil edirlər.

Zeynəb Məmmədyarova dördüncü turda yerli şahmatçı Spiridon İlanzis, Türkan Məmmədyarova isə Panagiotis Laspas üzərində qələbə qazanıb. Dörd turdan sonra hər iki təmsilçimiz üç xal toplayıb. Zeynəb Məmmədyarova doqquzuncu, Türkan Məmmədyarova isə əlavə göstəricilərə görə 18-ci pillədədir.

On beş ölkədən 70 şahmatçının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət keçirilir.

Xəbər 786 dəfə oxundu.