Almaniya yığmasının sonuncu oyununda türk əsilli üç futbolçu heyətdə yer alıb
Almaniya milli komandasının sonuncu oyununda türk əsilli üç futbolçu ilk dəfə olaraq heyətdə yer alıblar.

Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Frankfurtda Polşa yığmasına 3:1 hesabı ilə qalib gələn Almaniya millisinin heyətində “Arsenal”ın futbolçusu Məsut Özil, “Liverpul”un yarımmüdafiəçisi Əmrə Can və “Borussiya”nın (Dortmund) şərəfini qoruyan İlkay Gündoğan forma geyiblər.

Təxminən 40 dəqiqə ərzində eyni vaxtda meydanda olan hər üç futbolçunun çıxışından milli komandanın baş məşqçisi Yoaxim Löv də razı qalıb.

Medianın diqqətini çəkən digər bir məqam isə baş məşqçinın ilk dəfə milliyə çağırdığı Əmrə Cana meydanda 90 dəqiqə oynamaq şansı verməsi olub.

AZƏRTAC

Xəbər 692 dəfə oxundu.