Qurban Qurbanov: Öz səhvlərimizi görə bildik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyanın “Rid” klubu ilə matçdan sonra oyuna şərh verib. İdman.com.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdrıcısı komandasının 1:3 hesablı məğlubiyyətlə bağlı bunları deyib:

“Bu, çox yaxşı bir oyun oldu. Güclü rəqiblə qarşılaşırdıq. Gördüyünüz kimi, iki fərqli hissə keçirdik. 1:0 hesabıyla öndə olduğumuz oyunda 3 qol buraxıb məğlub olmağımızda təəccüblü heç nə yoxdu. Əsas odu ki, biz öz səhvlərimizi görə bildik. Odur ki, hər şey normaldır”.

Xəbər 1022 dəfə oxundu.