"Qarabağ"ın yeni transferi artıq Bakıdadır!
"Qarabağ"ın son 3 transferindən biri olan Samuel Armenteros artıq Bakıdadır.

İdman.com.az qaynar.info-ya istinadən xəbər verir ki, isveçli hücumçu dünən meneceri Sərkan Kulüplə birgə Amsterdam - İstanbul - Bakı reysi ilə ölkəmizə gəliblər.

Təxminən saat 20:00-da Bakıda olan Armenteros və meneceri hazırda otellərdən birində məskunlaşıb.

Qeyd edək ki, bugün Samuel Armenterosla müqavilə notarial qaydada təsdiqlənəcək və bundan sonra onun adı PFL-ə təqdim olunacaq.

Xəbər 784 dəfə oxundu.