“Qarabağ” Avstriya komandası ilə bacarmadı
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası qüvvəsini Avstriyanın “Rid” klubu ilə görüşdə sınayıb.

Qarşılaşmada hesabı məhz komandamız açıb. 7-ci dəqiqədə Rauf Əliyev fərqlənib. İlk yarıda başqa qol olmayıb. Amma fasilədən sonra 3 qol vuran avstriyalılar inamlı qələbə qazanıblar.

Qeyd edək ki, “ağlar” Türkiyədəki ilk rəqibi Qazaxıstanın “Taras” komandası olmuşdu. Həmin görüşdə də ağdamlılar uduzmuşdular – 0:1

Xəbər 946 dəfə oxundu.