"Real" 17 yaşlı futbolçu alır
İspaniyanın "Real" klubu heyətini gənc futbolçu ilə gücləndirir. Uruqvaylı yarımmüdafiəçi Federiko Valverde karyerasını Madrid təmsilçisində davam etdirəcək.

Bu barədə "Kral klubu"nun prezidenti Florentino Peres deyib. Lakin 17 yaşlı oyunçunun keçidi hələlik baş tutmayacaq. Buna səbəb isə onun gənc olmasıdır:
"Valverde hazırda 17 yaşındadır. Biz indi onu kluba dəvət edə bilmirik. Bunun üçün Federikonun 18 yaşının tamam olması lazımdır. Yalnız bundan sonra o bizə qoşulacaq", - Florentino Peres bildirib.

Xatırladaq ki, Federiko Valverde hazırda "Penyarol" klubunun şərəfini qoruyur. O, cari mövsümdə Uruqvay çempionatında iki matçda meydana çıxıb.
Qeyd edək ki, Valverdenin 18 yaşı 2016-cı ilin iyulunda tamam olacaq.

Xəbər 845 dəfə oxundu.