Tsxadadze ilk qələbəsini qazandı
Bu gün AÇ-2016-nın seçmə mərhələsinin D, F və İ qruplarında daha 8 oyun keçiriləcək.

Günün ilk oyunu Gürcüstanda baş tutub. D qrupunda autsayderlər sırasında qərarlaşmış gürcülər 3-cü pillədəki Şotlandiyanı qəbul ediblər. Oyun 1:0 hesabıyla Kaxaber Tsxadadzenin yetirmələrinin qələbəsiylə nəticələnib. Bununla da, gürcü mütəxəssis Gürcüstan millisinin "sükanı arxasında" rəsmi oyunlarda ilk qələbəsini qazanıb.

Bu qrupun ən maraqlı oyunu isə Frankfurtda baş tutacaq. Son dünya çempionu Almaniya evdə Polşadan ilk oyundakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

F qrupunda isə cari seçmə mərhələdə ardıcıl xal itkilərindən sonra hazırda sonuncu pillədə qərarlaşan Yunanıstan millisi Finlandiya ilə ev oyununda qalib gələrək, uğursuz gedişə son qoymaq niyyətindədi.

İ qrupunun Danimarka - Albaniya matçı da AÇ-yə vəsiqə baxımından əhəmiyyətli oyunlardan hesab edilir.

AÇ-2016, seçmə mərhələ

D qrupu

21:00 Gürcüstan - Şotlandiya 1:0

Qol: Kazaişvili, 37.

23:45 Almaniya - Polşa
23:45 Cəbəllütariq - İrlandiya

1. Polşa - 14 (6), 2. Almaniya - 13 (6), 3. Şotlandiya - 11 (7), 4. İrlandiya - 9 (6), 5. Gürcüstan - 6 (7), 6. Cəbəllütariq - 0 (6).

F qrupu

23:45 Macarıstan - Rumıniya
23:45 Farer adaları - Şimali İrlandiya
23:45 Yunanıstan - Finlandiya

1. Rumıniya - 14 (6), 2. Şimali İrlandiya - 13 (6), 3. Macarıstan - 11 (6), 4. Farer adaları - 6 (6), 5. Finlandiya - 4 (6), 6. Yunanıstan - 2 (6).

İ qrupu

23:45 Danimarka - Albaniya
23:45 Serbiya - Ermənistan

1. Portuqaliya - 12 (5), 2. Danimarka - 10 (5), 3. Albaniya - 10 (4), 4. Ermənistan - 1 (5), 5. Serbiya - -2 (5).

Qeyd: Albaniyayla oyunda yaşanmış hadisələrə görə, Serbiyanın hesabından 3 xal çıxılıb.

Xəbər 672 dəfə oxundu.