Zeynəb və Türkan Məmmədyarovalar beynəlxalq turnirdə
Yunanıstanın Rodos adasında keçirilən “Koloss” beynəlxalq şahmat turniri davam edir. Turnirdə 15 ölkədən 70 şahmatçı qələbə uğurunda mübarizə aparır. Ölkəmizi Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil edirlər. 4-cü turda Zeynəb Məmmədyarova yerli şahmatçı Spiridon İlanzis,Türkan Məmmədyarova isə Panagiotis Laspas üzərində qələbə qazanıb.

4 turdan sonra hər iki təmsilçimiz 3 xal toplayıb. Zeynəb Məmmədyarova 9-cu , Türkan Məmmədyarova isə əlavə göstəricilə görə 18-ci pillədədir.

Turnir isveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 815 dəfə oxundu.