"Kəpəz" - "Şəmkir" matçında vurulan 5 qol
Yevlaxda reallaşan təlim-məşq toplanışı çərçivəsində “Kəpəz” yoxlama oyunu keçirib.

“Sarı-göylər” birinci divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşıb. Yevlax şəhər stadionunda baş tutan görüşdə yerli və Gəncədən gəlmiş azarkeşlər komandaya dəstək verib.

Aşağı liqa klubu ilə matçda “Kəpəz”in baş məşqçisi Şahin Diniyev bütün futbolçulara oynamaq şansı verib. Hesaba gəlincə, oyunun gedişində 2 top fərqi ilə geri düşən gəncəlilər əzmkar qələbə qazanıblar. Fasiləyə kimi Oleksandr Sytnik hesab arasındakı fərqi azaldıb. İkinci hissənin əvvəlində ukraynalı hücumçu daha bir qol vuraraq qarşılaşmada bərabərliyi təmin edib. Sona az qalmış isə "Kəpəz" qələbə topunu rəqib qapısından keçirib. 11 metrlik cərimə zərbəsini Tural Axundov dəqiq yerinə yetirib -3:2.

Xəbər 780 dəfə oxundu.