Balotellidən əla debüt: qol, məhsuldar ötürmə və penalti
“Milan” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” aşağı liqa təmsilçisi “Mantova” ilə qarşılaşıb. Görüş Sinişa Mihayloviçin komandasının 3:2 hesablı qələbəsi ilə tamamlanıb. Yenidən “Milan”a qayıdan Mario Balotellinin debütu əla alınıb. 25 yaşlı forvard həm qol vurub, həm məhsuldar ötürmə verib, həm də penalti qazanıb.

“Mantova” - “Milan” 2:3

Qollar: Unqaro 17, Trainotti 27 - Balotelli 3, Poli 37, Luis Adriano 63 (pen)

Xəbər 723 dəfə oxundu.