Şime Vrsalko: Norveç yığması Azərbaycan qədər qapanmayacaq
Xorvatiya yığmasının müdafiəçisi Şime Vrsalko AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. O, bunları söyləyib:

"Çətin oyun oldu. Heç-heçə tamamilə ədalətli nəticədir. Azərbaycan yığması bizə qarşı yaxşı mübarizə apardı. Biz qələbə də qazana bilərdik. Amma təəssüf ki, ələ düşən qol vəziyyətlərindən yaxşı yararlana bilmədik. Fikrimcə, Norveçlə oyun tamamilə fərqli keçəcək. Onlar azərbaycanlılar qədər qapanmayacaqlar. Osloda işimizin daha asan olacağını düşünürəm".

Xəbər 780 dəfə oxundu.