"Real"dan fantastik gəlir: 660.6 milyon avro
Madrid "Real"ının idarə heyəti klubun ötən mövsümkü gəlirlərini açıqlayıb. Yayımlanan açıqlamada bir öncəki mövsümlə müqayisədə gəlirlərin 9.4% artdığı və 660.6 milyon avro olduğu bildirilib. Bu məbləğdən 42 milyon avro qazanc kimi klubun kassasına əlavə olunub. Beləcə Madrid nəhənginin ümumi sərvəti 412.1 milyon avroya yüksəlib. Klubun borcunun isə 95.8 milyon avro olduğu qeyd edilib.

Qeyd edək ki, 660.6 milyon avro "Real"ın tarixinin ən yüksək gəliridi.

Xəbər 679 dəfə oxundu.