Frenk Lempard Ginnesin Rekordlar kitabına düşdü
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Frenk Lempard Ginnesin Rekordlar kitabına düşüb.

37 yaşlı oyunçu karyerası ərzində İngiltərə Premyer Liqasında 39 kluba qol vuran ilk futbolçu kimi tarixə düşüb. Bundan əvvəlki rekord “Mançester Yuneyted”li Endi Koula məxsus olub.

Qeyd edək ki, rekordu yeniləmək Lempardın “Mançester Siti”dəki çıxışı sayəsində mümkün olub. Bu komandanın heyətində o, ötən mövsü 13 il şərəfini qoruduğu “Çelsi”nin də qapısından qol keçirə bilib.

Xəbər 800 dəfə oxundu.