"Qarabağ" makedon müdafiəçinin keçidini həll edib
"Qarabağ"ın makedoniyalı müdafiәçi Vladimir Dimitrovskini transfer etmәk istәdiyini, lakin "transfer pәncәrәsi" bağlandığı üçün bu keçidin baş tutmadığını bildirmişdik. Adı çәkilәn futbolçunun transferi yenidәn gündәmә gәlib.

"Qarabağ" Dimitrovskinin transferindә israr edincә, müdafiәçinin hazırki komandası Yunanıstanın "Kerkira" klubu ilә razılıq әldә olunub. Bu barәdә mәlumatı futbolçu özü verib. O bildirib ki, artıq sәnәdlәr qaydasına qoyulub vә "Qarabağ"da çıxış edәcәk: "Klublar razılığa gәldim vә bu keçid baş tutdu. Artıq "Qarabağ"la müqavilә bağlayacam. Sentyabrın 9-da Bakıya gәlәcәm".

Hətta makedoniyalı mərkəz müdafiəçisi “Qarabağ”da oynamaq üçün öz milli komandasının düşərgəsindən də qaçaraq risk alıb: “Millinin düşərgəsindən qaçdım və risk aldım. Çünki mən “Qarabağ”da çıxış etmək istəyirəm. Bu da öz bəhrəsini verdi”.

Lakin Dimitrovski qeyd edib ki, o, Avropa Liqasının qrup mәrhәlәsi oyunlarında çıxış edә bilmәyәcәk: "Mәn Avropa Liqasının qrup mәrhәlәsi oyunlarlnda meydana çıxa bilmәyәcәm. Buna keçidimin "transfer pәncәrәsi" bağlandıqdan sonra baş tutması sәbәb olub".

Xəbər 745 dəfə oxundu.