“Neftçi”nin hücumçusu: Belçika yığmasına qayıtmaq istəyirəm
“Vesterlo”ya mənə təklif göndərdiyi üçün təşəkkür edirəm. Mən vətənə qayıdası olsam bu komandanı seçərdim”. İdman.com.az saytının məlumatına görə, bu sözü Belçika milli komandasının sabiq futbolçusu Emil Mpenza deyib.

Bakının “Neftçi” klubunun transferə çıxardığı 34 yaşlı hücumçu gələcək karyerası haqda danışıb: “Bilirəm ki, indi məni pulu düşündüyüm üçün qınayacaqlar. Lakin karyeramın sonu olduğundan bunu etməliyəm. Əgər “Vesterlo” xaricdə qazana biləcəyimi təklif etsəydi dərhal müqavilə imzalayardım. Mən Belçika yığmasına qayıtmaq istəyirəm. Baş məşqçimiz Jorj Leekenslə də münasibətlərim yaxşıdır. Qalır bircə düzgün klub seçimi etməyim”.

Mpenza bu dəfə də “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev haqda fikirlərini açıqlayıb: “Bilmirəm niyə, amma məşqçi məni heç vaxt start heyətdə buraxmırdı. Bunun izahını heç kim bilmir. Hərçənd mən səhv etməmişdim, işimi sevirdim, lazımınca məşq edirdim, zədəm də yox idi. Baş məşqçi bunun səbəbini mənə də demədi”.

Xəbər 990 dəfə oxundu.