"Neftçala" yoxlama matçında qələbə qazandı
I Divizion təmsilçisi "Neftçala" növbəti mövsümün hazırlıqlarını davam etdirir.

"Neftçala" bu gün "Bakılı" ilə yoxlama oyunu keçirib. Görüş "Neftçala"nın 2:1 hesablı qələbə ilə nəticələnib.

Binə qəsəbəsinin stadionunda baş tutan qarşılaşmada "Neftçala"dan qolları Fərid Səmədzadə və Aqşin Həşimov vurub. "Bakılı"dan isə yeganə qolun sahibi Nicat Tağızadə olub.

Xəbər 655 dəfə oxundu.