"Xəzər Lənkəran" istirahət edir
Millinin oyunları ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilədə doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” istirahət edir.

Əvəzedici heyətlə sentyabrın 2-də keçirilən yoxlama oyunundan sonra sərbəst buraxılan komandamız sentyabrın 5-də yenidən bir araya gələcək. Komanda sentyabrın 10-a qədər hazırlıqlarını Lənkərandakı bazasında davam etdirəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də səfərdə “Qarabağ”la səfərdə qarşılaşacaq. (12cioyuncu.info)

Xəbər 661 dəfə oxundu.