Antonio Konte yığmamızın Xorvatiyadan xal almasından danışdı
İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta üzərində qazandıqları qələbədən (1:0) sonra Azərbaycan - Xorvatiya matçına da (0:0) münasibət bildirib. O, bunları söyləyib:

"Beynəlxalq arenada sıradan rəqib qalmayıb. Azərbaycan və Maltaya qarşı oynamaq asan deyil. Ötən gün xorvatlar buna şəxsən əmin oldular. Futbol hər yerdə sürətlə inkişaf edir. Asan qələbə qazanacağın oyunlar gözləməyə dəyməz".

Xəbər 652 dəfə oxundu.