Xatirə turnirindən 8 medalla
Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş açıq respublika turniri başa çatıb. İdman.com.az saytının məlumatına görə, yarışda iştirak edən gənc yunan-Roma güləşçilərindən ibarət yığma komandamız 5 qızıl və 3 bürünc medal qazanıblar.

Heyətdə yer alan Əli Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Toğrul Yunisli (74 kq) və Zaur Mehrəliyev (120 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Ənvər Cəfərov (66 kq), Soltan İsmayılov (84 kq) və Hacımurad Çopsiyev (96 kq) bürünc medala yiyələniblər.
Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə turnirdə iştirak edən yığmamız sabah Vətənə qayıdacaq.

Xəbər 1042 dəfə oxundu.