“Rubin” klubu baş məşqçisi Rinat Bilyaletddinovu istefaya göndərir
Tatarstan hökuməti adıçəkilən məşqçi ilə müqavilənin ləğvi üçün klubun yeni prezidenti İlsur Metşinə tapşırıq verib.

“Sport-ekpress” qəzeti isə yazıb ki, Bilyaletddinov komandanın dünənki məşqinə çıxmayıb. Böyük ehtimalla, o, bu gün rəsmən istefaya göndəriləcək.

Digər xəbərə görə, “Rubin”in yeni baş məşqçisi Belarus BATE-sindəki faəliyyəti ilə məşhur olan Viktor Qonçarenko olacaq.

Xəbər 630 dəfə oxundu.