Püşk atıldı
Rusiyanın Kazan şəhərində London olimpiadasına son vəsiqələri verən Avropa təsnifat turnirinin püşkü atılıb. İdman.com.az saytı xəbər verir ki, kişi və qadınlar arasında 4 çəki dərəcəsində yarışda 2 azərbaycan taekvondoçusu da mübarizə aparacaq.

Püşkün nəticələrinə əsasən, Təvəkkül Bayramov (+80 kq) yarışa 2-ci mərhələdən qatılacaq. Onun potesnial rəqibləri isə Heino Timu (Finlandiya) və İvan Trajkovicdir. Digər taekvondoçumuz Günay Ağakişiyeva (-57 kq) isə olimpiya vəsiqəsi uğunda mübarizəyə Sonya Makkonellə (İrlandiya) başlıyacaq. Növbəti rəqib Marlen Harnoisdir (Fransa).

Avropa olimpiya təsnifat turnirinin mükafatçıları London yay olimpiya oyunlarında iştirak edəcəklər. Ayın 27-də başlayan turnir 3 gün davam edəcək. Azərbaycan taekvondoçuları yarışın 2-ci günü döyüşəcəklər. İdmançılarımızın çıxışları sporttv.az idman videoportalı vasitəsilə internetdə canlı yayımlanacaq.

Xəbər 1040 dəfə oxundu.