Almaniya Polşaya, Albaniya Danimarkaya qarşı (YENİLƏNİR)
"Avro-2016"nın seçmə mərhələsində VII turun oyunları davam edir.
D, F və İ qrupunda oyunlar keçiriləcək.

D qrupunun mərkəzi qarşılaşması Almaniyada baş tutacaq. Burada Almaniya yığması Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək. Yoahim Lövün komandası qalib gələcəyi təqdirdə liderliyə yüksələcək. Polşanın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. Qrupun digər oyunlarında Şotlandiya səfərdə Gürcüstanın, İrlandiya millisi isə Cəbəllütariqin qonağı olacaq.

F qrupunda lider Rumıniya yığması bu tur səfərdə Macarıstanın qonağı olacaq. Rumınlar qalib gəlməklə liderliyini möhkəmləndirmək niyyətindədir. Qrup ikincisi Şimali İrlandiya millisi isə səfərdə Farer adaları ilə qarşılaşacaq. Digər görüşdə autsayderlər Yunanıstan və Finlandiya yığmaları üz-üzə gələcək.

İ qrupunda eyni xala malik (10) Danimarka və Albaniya yığmaları üz-üzə gələcək. Bir oyun az keçirən Albaniya millisi bu görüşdə qələbə qazanmaqla liderliyə yüksələ bilər. Albaniya ilə görüşdə baş verən qalmaqala görə 3 xalı silinən Serbiya yığması bu tur evdə Ermənistanla qarşılaşacaq. Qrupun hazırkı lideri Portuqaliya millisi isə bu tur istirahət edəcək.

Xəbər 968 dəfə oxundu.