Elxan Məmmədov: "Onlar "Qarabağ" və "Sumqayıt"dan gedəcəklər"
Avro 2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Xorvatiya matçından sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

Oyunla bağlı təəssüratlarınızı bölüşməyinizi istəyərdik...
Gördüyünüz kimi, yaxşı oyun izlədik. Nəticəyə görə sevinirik. Bütün azarkeşlərimiz milli komandanı dəstəkləmək üçün arenaya gəlmişdilər. Xorvatiya millisi Avropanın ən güclü yığma komandalarından biridir. Xal qazanmaq üçün komandamız inamla mübarizə apardı. Xorvatiyadan Bakıda bir xal almaq böyük uğurdur.

Səmimi deyin, yığmamızın Xorvatiyadan xal alacağını gözləyirdiniz?

Komandamızın təlim-məşq toplanışında buna çox inamım yox idi. Amma təlim-məşq toplanışı başlayandan sonra komandada böyük irəliləyiş, sıçrayış oldu.Millimizin baş məşqçisi də, bu oyuna inamla yanaşdı. Son iki gündə komandamızın məğlub olmayacağına inamım yaranmışdı.

Futbolçulara verilən mükafat nə qədər olacaq?

Təbbi ki, mükafat çox vacibdi. Milli komandada oynamaq hərbir futbolçu üçün şərəfdi. Bildiyiniz kimi, AFFA futbolçulara ümumi olaraq əmək haqqı vermir. Bütün dünyada futbolçunun məxsus olduğu klub bu öhdəlikləri öz üzərinə götürür.Biz futbolçulara müəyyən mükafat vermişik. Amma bu, rəqibin çəkisinə uyğun olaraq dəyişəcək. Hələlik biz mükafatı elan etmədik.


Klublara təyin olunan əcnəbi texniki direktorların işləri nə yerdədir. Onların işləri ilə bağlı qarşıdakı günlərdə hansısa planlarınız varmı?

İki klubda – "Qarabağ” və "Sumqayıt”da həmin məşqçilərin müqaviləsi davam edir. Onlarla müqaviləmiz növbəti ilin aprel ayında başa çatacaq. Bildiyiniz kimi, "Neftçi”nin b İdman Direktoru ilə iki ay öncə müqaviləmiz bitdi və biz onunla müqavilə artırmaqda maraqlı olmadıq. "Qarabağ” və "Sumqayıt”ın başa çatacaq müqavilələrindən sonra, onlarla müqavilə yenilənməyəcək. Bundan sonra yerli məşqçilərə güvənməyə çalışacağıq.

Həmin əcnəbi mütəxəssislərin 1 il ərzində gördükləri işdən razı qalmısınızmı?
Razıyıq. Çünki onlar bütün klublarda uşaq futbolunda məşq prosesini intizama saldılar. Misal üçün deyim ki, əvvəlki illərdə komandalar məşqlərin tarixini tez-tez dəyişlirdilər. Ona görə də, xəbərdar olmayan birisi getdiyi klubda heçkimi tapa bilmirdi. Onlar bu işləri qaydasına qoydular. Bir neçə gün öncə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla danışdıq. O, klubun İdman Direktoru haqqında müsbət fikirlər bildirdi.

Əcnəbi mütəxəssislərə aylıq maaş kimi 15 min dolların verilməsi xəbəri doğrudurmu?

Əlbəttə, bu çoxyalnış məlumatdır. Onların bəziləri 5000, bəziləri isə 8000 maaş alırlar.


Onlara verilən puldan söhbət düşmüşkən. Ola bilərmi ki, həmin pula yerli mütəxəssisləri təcrübə toplamaq üçün Avropa klublarına göndərəsiniz?

PRO lisenziyası olan məşqçilərimiz kurslarda iştirak edir. Futbolun inkişafı, UEFA və FİFA-nı Azərbaycanda təmsil etmək AFFA-nın işidi. Bu gün əldə etdiyimiz nəticələrAzərbaycan futbolunun irəliləməsindən xəbər verən amillərdən biridir. 5 il əvvəl hər hansı klubumuzun Avropa Liqasının qrup mərhələsinə düşməsini arzulayırdıq. Amma indi, bunu reallaşdırmışıq. Hətta bir deyil, iki komandamız Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Xorvatiya Futbol Federasiyanın prezidenti Davor Şükür iki komandamızın qrup mərhələısinə adlamasının böyük nəticəkimi adlandırdı.

Xəbər 664 dəfə oxundu.