“Bütün oyunçular eyni hazırlıq səviyyəsində olmalıdırlar”
“Bu gün ikinci hazırlıq matçına çıxacağıq. İlk hazırlıq matçından sonra oyunda buraxdığımız səhvlər barədə futbolçularla danışmaq, müzakirə etmək imkanımız oldu. Bu matçda da hazırlıq dönəmində nə etdiyimizi, arxada qoyduğumuz dövrü necə dəyərləndirdiyimizi görəcəyik. İnanıram kı, yaxşı oyun olacaq.

Çünki komandada həm psixoloji, həm də fiziki durum yüksək səviyyədədir. Qarşıda daha üç oyunumuz var. Bu dövrü maksimum dəyərləndirib çempionatdakı vacib matçalara ən yaxşı şəkildə hazırlaşmağı hədəfləyirik”.

İdman.com.az-ın məlumatına görə, bu açıqlamanı “Qəbələ” klubunun baş məşqçisi Fateh Kavlak deyib.
Baş məşqçi klubun rəsmi saytına verdiyi açıqlamada bildirib ki, komandanın bütün oyunçularının eyni hazırlıq səviyyəsində olması lazımdır: “Hazırda “Qəbələ” nin düşərgəsində 27 futbolçu var.

Əgər güclü bir komanda olmaq istəyiriksə, bütün oyunçular eyni hazırlıq səviyyəsində olmalıdırlar. İlk oyunda da iki eyni gücə malik komanda yaratmağa çalışdıq. “Krivbass”la matçda da eyni təcrübədən yararlanacağıq. Bu minvalla da futbolçuların nümayiş etdirdikləri oyuna əsasən ilk onbirliyimiz formalaşacaq".

Xəbər 1067 dəfə oxundu.