Rövnəq Abdullayev: Xorvatiya Bakıya çox arxayın gəlmişdi
AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya yığmaları arasında keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. O, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

"Yığmamızın futbolçuları yaxşı oynadılar. Onlar bu gün çox çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci ən güclü komandasıdır. Rəqibin heyətində Avropanın ən güclü futbolçuları çıxış edir. Ona görə də belə rəqiblə bərabər səviyyədə mübarizə aparmaq, heç-heçə etmək yaxşı nəticədir.

Oyundan sonra futbolçularımızı təbrik etdim. Onları təriflədim. Onlara dedim ki, Xorvatiya ilə ilk oyun zamanı ilk dəfə özümü saxlaya bilmədim, birinci hissədən sonra stadionu tərk etdim. Yaxşı ki, bu gün bacardıq. Amma Xorvatiya da bu oyuna çox arxayın gəlmişdi".

Xəbər 694 dəfə oxundu.