Robert Prosineçki: Oyunçularımla fəxr edirəm
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib. Xorvatiyalı mütəxəssis qolsuz bitən görüşdən sonra bunları söyləyib:

"Oyunçularımla fəxr edirəm. Onlar bu gün Avropanın ən yaxşı komandalarından birinə qarşı mübarizə apardılar. Biz döyüşdük, futbol oynamağa çalışdıq. Azərbaycan futbolu üçün bu, yaxşı nəticədir. Bizim üçün hətta Malta ilə oyun da çətindir. Azarkeşlərə dəstəyə görə minnətdarlığımı bildirirəm".

Xəbər 675 dəfə oxundu.