Azərbaycan Xorvatiya ilə sülh bağladı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki yeddinci oyununda Xorvatiyanı qəbul edib.

Qeyd edək ki, Xorvatiya ilə Azərbaycan arasında ötən ilin oktyabr ayına təsadüf edən ilk oyun millimiz üçün faciəvi hesabla başa çatmışdı - 0:6. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz Bakıdakı görüşdə həmin məğlubiyyətin əvəzini çıxmağı hədəfləmişdi.

90 dəqiqə ərzində tərəflər qapıya yol tapa bilmədiyindən, matç sülhlə başa çatıb. Beləcə, yığmamız xal ehtiyatını 5-ə çatdırıb.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
3 sentyabr

21:00. Azərbaycan - Xorvatiya - 0:0
Sarı vərəqə: D.Vida, 44. İ.Rakitiç, 77. R.Qurbanov, 79. K.Ağayev, 82. M.Kovaçiç, 90+1. Q.Qarayev, 90+3.
Baş hakim: Ruddi Buke (Fransa).
Bakı. "Bakcell Arena".

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 13. Dmitri Nazarov (8. Eddi İsrafilov, 90), 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 9. Məhəmməd Qurbanov (6. Rəşad Sadiqov, 63), 10. Ruslan Qurbanov (17. Vüqar Nadirov, 79).
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 7. Araz Abdullayev, 20. Cavid Tağıyev, 11. Rauf Əliyev, 18. Elnur Cəfərov.
Baş məşqçi: Robert Prosineçki.

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 5. Vedran Çorluk, 21. Domaqoy Vida, 3. Daniyel Pranyiç, 4. İvan Perişiç (16. Nikola Kaliniç, 83), 7. İvan Rakitiç, 10. Luka Modriç (k) (14. Marselo Brozoviç, 71), 19. Milan Badelj (20. Mateo Kovaçiç, 59), 8. Marko Pyaça, 17. Mario Mandjukiç.
Ehtiyat oyunçular: 1. İvan Vargiç, 12. Lovre Kaliniç, 6. Deyan Lovren, 13. Marko Leskoviç, 22. Marin Leovats, 11. Miyo Çaktaş, 9. Andrey Kramariç, 15. Ante Rebiç, 18. İvitsa Oliç.
Baş məşqçi: Niko Kovaç.

Xəbər 752 dəfə oxundu.