Voleybol millimiz "Uraloçka"nı məğlub etdi
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi qitə birinciliyinə hazırlığını davam etdirir. Komandamız təlim-məşq toplanışı çərçivəsində paytaxtımızda qonaq olan Rusiyanın "Uraloçka" klubu ilə yoldayıq oyunu keçirib. 4 hissə davam etmiş görüşdə millimiz şimal qonşularımızı məğlub edib. Qeyd edək ki, tərəflər bundan əvvəl daha bir hazırlıq matçında üz-üzə gəliblər. Həmin oyunda sevinən tərəf rəqib olub.

Xəbər 663 dəfə oxundu.