Millimiz Xorvatiyaya qarşı -YENİLƏNİR
XoBu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi 7-ci matçına çıxacaq. Buna qədər keçirdiyi oyunlarda cəmi 4 xal yığmağı bacaran seçməmiz doğma azarkeşləri önündə qrup lideri Xorvatiya millisini qəbul edəcək.

Xatırladaq ki, millimiz qrup mərhələsində buna qədər keçirdiyi 6 oyunun 4-də uduzub, 1-də udub, digərində isə heç-heçə edib. Yığmamız son iki qarşılaşmada meydandan xal və xallarla ayrılıb ki, bu da Robert Prosineçkinin seçməmizə baş məşqçi təyin olunmasından sonra baş verib.

"Bakcell Arena"da baş tutacaq qarşılaşmada Prosineçkinin həmyerlilərinə qarşı necə futbol oynadacağı maraqla gözlənilir. Hər halda oyundan əvvəl verilən açıqlamalarda rəqibə qapazaltı olmayacağımız deyilirdi.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
3 sentyabr

21:00. Azərbaycan 0:0 Xorvatiya
Baş hakim: Ruddi Buke (Fransa)
Bakı. "Bakcell Arena"

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 9. Məhəmməd Qurbanov, 10. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 20. Cavid Tağıyev, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 18. Elnur Cəfərov.
Baş məşqçi: Robert Prosineçki.

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 5. Vedran Çorluk, 21. Domaqoy Vida, 3. Daniyel Pranyiç, 4. İvan Perişiç, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 19. Milan Badelj, 8. Marko Pyaça, 17. Mario Mandjukiç.
Ehtiyat oyunçular: 1. İvan Vargiç, 12. Lovre Kaliniç, 6. Deyan Lovren, 13. Marko Leskoviç, 22. Marin Leovats, 11. Miyo Çaktaş, 14. Marselo Brojoviç, 20. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 15. Ante Rebiç, 16. Nikola Kaliniç, 18. İvitsa Oliç.
Baş məşqçi: Niko Kovaç.

Xəbər 746 dəfə oxundu.