"Xəzər Lənkəran"da psixoloqlar futbolçularla görüşdü
Bugün "Xəzər Lənkəran Mərkəzi Stadionu"nda Ailə, Uşaq İnkişaf Mərkəzinin və Loqopedik Psixoloji Mərkəzin nümayəndələri ilə 10-13 yaş arası futbolçular, onların valideynləri və akademiyanın məşqçiləri arasında görüşlər keçirildi.

Kiçik yaşlı futbolçularla fərdi psixoloji söhbətlər aparıldı. Mütəxəssislər gündəlik məşq çalışmaları prosesində uşaqların üzləşdiyi problemlər, məşqçilərlə münasibətlər, kollektiv daxilində ünsiyyətlə bağlı suallarını verdi. Bundan əlavə psixoloqlar tərəfindən uşaqların valideynlərinə ümumi və fərdi tövsiyyələr edildi, məşqçilərlə fikir mübadiləsi aparıldı.

Xəbər 910 dəfə oxundu.