Azərbaycanın Malta ilə səfər matçı avstriyalı hakimə tapşırıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Malta yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Bu qarşılaşma avstriyalı hakimlər briqadasına həvalə olunub.

Baş hakim Harald Lexner təyin olunub. Bu, sözügedən referinin yığmamızın oyununa ikinci təyinatıdır. Avstriyalı referi bu il Serbiyaya qarşı keçirdiyimiz yoxlama matçında da (1:4) fit çalmışdı.

Qeyd edək ki, Malta - Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.

Xəbər 779 dəfə oxundu.