AZAL gürcü futbolçunu transfer edir
AZAL heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Paytaxt klubu gürcü futbolçu Aleksandr Quruli ilə maraqlanır. "Təyyarəçilər" artıq onu ölkəmizə dəvət edib. 30 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Gürcüstanın U-21 və əsas yığma komandalarında da oynamış Qurulinin son klubu "Samtrediya" olub.

Xəbər 777 dəfə oxundu.