Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyunlar keçiriləcək
2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi bu gün A, B, H və İ qruplarında növbəti oyunlarla davam edəcək.

H qrupunda mübarizə aparan yığma komandamız Bakı vaxtı ilə saat 21:00-da "Bakcell Arena"da FİFA-nın reytinq siyahısında 14-cü pillədə qərarlaşan və qrupun lideri olan Xorvatiya millisi ilə qarşılaşacaq. Həmin qrupda digər görüşlərdə Bolqarıstan Norveçlə, İtaliya isə Malta ilə qarşılaşacaq. Hazırda Xorvatiya 13, İtaliyan isə 12 xalla qrupda ilk iki yeri tuturlar.

A qrupunda Çexiya-Qazaxıstan, Niderland-İslandiya, Türkiyə-Latviya qarşılaşmaları keçiriləcək. Seçmə mərhələdə keçirilən altı oyundan sonra 15 xal toplayan İslandiya komandasi qrupa liderlik edir.

B qrupunda Belçika Bosniya və Herseqovina ilə, Kipr Uelslə, İsrail yığması isə Andorra komandası ilə mübarizə aparacaq. Altı oyundan sonra 14 xal toplayan Uels komandası bu qrupda birinci yeri tutur.

İ qrupunda isə Danimarka-Albaniya, Serbiya-Ermənistan qarşılaşmaları olacaq. Bu qrupda 12 xal toplayan Portuqaliya ilk yerdə, Albaniya ilə ev oyununda baş verən insidentlə görə 3 xalı ləğv edilən Serbiya isə son pillədə qərarlaşıb.

Xatırladaq ki, qruplarda 1-ci və 2-ci yerlərin sahibləri, həmçinin qrupu üçüncü yerdə başa vuran yığmalar arasında ən yaxşı nəticə göstərən 8 komanda 2016-cı il iyunun 10-dan iyulun 10-a qədər Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.

Xəbər 725 dəfə oxundu.