"Qarabağ"ın rəqibləri aparıcı üzvlərini sifariş etmədi
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ”ın rəqiblərindən ikisinin iştirak ərizəsini açıqlayıb. İngiltərənin "Tottenhem" klubu 23, Belçikanın "Anderleхt" komandası 18 futbolçu sifariş edib.

"Tottenhem" aparıcı oyunçularından yarımmüdafiəçi Nabil Bentaleb və hücumçu Emmanuel Adebayoru sifariş ərizəsinə salmayıb. "Anderlext" isə müdafiəçi Antoni van den Borr və yarımmüdafiəçi Dennis Praeti sifariş etməyib. Bu komandalar həmçinin B siyahısını da təqdim etməyiblər.

Qeyd edək ki, UEFA hələlik "Monako"nun sifariş ərizəsini açıqlamayıb.

Tottenhem (İngiltərə)
Qapıçılar: 1. Uqo Lloris, 13. Miçel Vorm.
Müdafiəçilər: 2. Kil Uolker, 3. Danni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 15. Erik Dayer, 16. Kiran Tripper, 21. Federiko Fazio, 27. Kevin Vimmer, 33. Ben Deyvis.
Yarımmüdafiəçilər: 7. Heun-Min Son, 8. Rayan Mason, 11. Erik Lamela, 14. Klinton Njie, 17. Andros Tounsend, 19. Musa Dembele, 20. Dele Alli, 22. Naser Çadli, 23. Kristian Eriksen, 24. Aleks Pritkard, 28. Tom Kerroll
Hücumçu: 10. Harri Kin.

Anderlext (Belçika)
Qapıçılar: 1. Silvio Proto, 23. Frank Boeks.
Müdafiəçilər: 3. Olivyer Deşakt, 14. Bram Naytink, 21. Fabritse N’Sakala, 37. İvan Obradoviç.
Yarımmüdafiəçilər: 4. Serinye Mbodji, 7. Endi Najar, 16. Stiven Defur, 18. Frank Açeamponq, 27. Mahmud Hassan, 30. Gillaume Jille.
Hücumçular: 9. Matias Suares, 17. İbrahima Konte, 19. Osval Alvares, 26. İdrissa Silla, 93. İmoh Ezekyel, 99. Stefano Okaka.

Xəbər 737 dəfə oxundu.