“Ağ-yaşıllar” başqa məkana köçdü
“Xəzər Lənkəran” Türkiyədəki məkanını dəyişib. İdman.com.az saytının məlumatına görə, cənub təmsilçisi yanvarın 16-dan Bələk bölgəsində qaldığı beş ulduzlu “Spise Hotel @ Spa” mehmanxanasını bu gün səhər saatlarında tərk edib. Komanda oradan “Gloriya Golf” otelinə köçüb. Lənkəranlılar ötən ilin qış fasiləsində də məhz bu məkanda təlim-məşq toplanışı keçmişdi. Hazırda isə orada “Qəbələ” klubu da məskunlaşıb.

Xəbər 902 dəfə oxundu.