Almaniya millisi ciddi itki ilə üzləşib
Marko Reus sıradan çıxıb. 26 yaşlı yarımmüdafiəçi zədə səbəbindən demək olar ki, bir il fasilədən sonra yenidən milli komandaya qayıtmışdı. Ancaq görüşün gənc ulduz yenə milli formaya həsrət qalacaq. Reus məşq zamanı topuğundan zədələnib və Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Polşa ilə keçiriləcək oyunun heyətindən çıxarılıb.

Xatırladaq ki, Marko Reus milli formanı sonuncu dəfə ötən ilin sentyabr ayında, Şotlandiya ilə matçda geyinmişdi.

Xəbər 708 dəfə oxundu.