Qəbələdə polo arenası salınacaq
Qəbələdə polo yarışları üçün böyük arena tikiləcək. Bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, həmin arenada 2017-ci ildə dünya çempionatının keçirilməsi planlaşdırılıb. Bu məqsədlə dekabrda beynəlxalq federasiya üçün təqdimat ediləcək.

Qeyd edək ki, sentyabrın 4-də ARAF, "Elite Horse and Polo Club" və "World Polo"nun birgə təşkilatçılığı ilə Binə qəsəbəsindəki Elite Horse & Polo Club-da 1-ci FİP Arena Polo üzrə Avropa Çempionatına start veriləcək. Turnir sentyabrın 12-dək davam edəcək.

Xəbər 845 dəfə oxundu.