"Neftçala" futbolçunu Türkiyəyə buraxmadı
"Neftçala"nın futbolçusu Elgün Abbaslı karyerasını Türkiyədə davam etdirə biləcəyi haqda məlumat vermişdik. Belə ki, bu ölkənin "Bartınspor" klubu həmyerlimizi öz heyətində görmək istəyirdi.

Neftçala klubu futbolçusunu Türkiyəyə buraxmaqdan imtina edib.

Səbəb kimi komandanın I Divizionda çempionluğa oynayacağı və Elgünün də onlara çox lazım olacağı göstərilib.

Xəbər 690 dəfə oxundu.