Robben komanda yoldaşını tənqid etdi
Bavariya"nın futbolçusu Aryen Robben Duqlas Kosta haqda tənqidi fikirlər səslədirib.

Hollandiyalı futbolçu komandanın yeni transferinin "Bayer"lə Bundesliqa matçında (3:0) topla fintlər etməsindən gileylənib:

"Kosta rəqiblərə hörmətlə yanaşmalıdır. O, hesab 3:0 olsa belə, topla fintlər etməməlidir. Həmin vaxt Kosta sirkdəki kimi görünürdü".

Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola isə Duqlas Kostanı müdafiə edərək deyib: "Bu oyunun bir hissəsidir. Duqlas da digər braziliyalı futbolçular kimi belə fintlər yerinə yetirə bilər".

Robbenin tənqidi fikirlərinə münasibət bildirən D.Kosta bu hərəkətlərinə davam edəcəyini deyib: "Robben mənim hərəkətimi tənqid edib? Mən buna yenə davam edəcəm. Qvardiola bu yöndə mənə tamamilə azadlıq verib".

Xəbər 678 dəfə oxundu.