Stepan Polyak: Xorvatiyanı Bakıda asan oyun gözləmir
"İnter"in yarımmüdafiəçisi Stepan Polyak AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

"Xorvatiya yığmasının heyətində adlı-sanlı futbolçular var. Onların demək olar ki, hamısı aparıcı çempionatlarda, məşhur klublarda çıxış edirlər. Amma onları Bakıda asan oyun gözlədiyini deməzdim. Bakıdakı oyun Xorvatiya üçün onların gözlədiyindən də çətin keçəcək. Xorvatiyadakı oyunla müqayisədə tam fərqli matç olacaq. Xorvatiya mətbuatını izləyirəm. Baş məşqçi Niko Kovaç da deyib ki, Azərbaycan yığması çox dəyişib. Onlar da başa düşürlər ki, yığmanız doğma meydanda daha yaxşı oynayır və qonaqlara asan olmayacaq. Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan yığması daha güclü futbol sərgiləyir. Bakıdakı matçda sürpriz nəticə qeydə alına bilər".

Xəbər 827 dəfə oxundu.