"Xəzər-Lənkəran"da baxışda olan futbolçu Norveç klubu ilə müqavilə bağladı
Dünən "Xəzər Lənkəran"ın baxışa dəvət etdiyi futbolçusu Sanin Muminoviçi heyətinə qatmaq istədiyi barədə məlumat vermişdik. Keçidin baş tutub-tutmayacağı haqda futbolçu bunları deyib:

"Cənub təmsilçisinə geri dönəcəyim barədə düşünmürəm. Çünki artıq Norveç aşağı liqasında çıxış edən komanda ilə razılığa gəlmişəm. Lənkəran təmsilçisində qalmaq istəyərdim, ancaq onlar mənim düşərgəni tərk edə biləcəyimi dedilər, ona görə də klubsuz qala bilməzdim. Bir daha deyirəm, artıq Norveç klubu ilə danışmışam, ona görə, "Xəzər Lənkəran"a gəlməyim imkansızdır",

Xəbər 732 dəfə oxundu.