Rəqib futbolçu: “Neftçi” çox çətin rəqibdir
“Neftçi” ilə oyun bu il keçirdiyimiz ilk matç oldu. İlk oyun həmişə ağır olur”. İdman.com.az-ın məlumatına görə, bu sözü Bolqarıstanın “Beroe” klubunun futbolçusu Emil Angelov deyib.
Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda (1:1) “Neftçi”nin qapısına qol vuran futbolçu, matç haqda fikrini açıqlayıb:

“Düşünürəm ki, yaxşı oynadıq. Biz qalib də gələ bilərdik. Amma hakimin bir səhvi nəticəsində “Neftçi” hesabı bərabərləşdirdi. Amma bunun fərqi yoxdur. Əsas odur ki, bütün komanda yaxşı oynadı. Məlum olduğu kimi “Neftçi” Azərbaycan çempionudur, çox çətin rəqibdir. Lakin deyərdim ki. onlar heç nədə bizi üstələmədi. Bizim çox imkanlarımız olsa da istifadə edə bilmədik. Amma ümumilikdə ilk oyun üçün yaxşı oynadıq”.

Xəbər 899 dəfə oxundu.