"Qarabağ" gələn il yenidən qurula bilər
"Qarabağ"ın son illərdə qazandığı nəticələr və cızdığı inkişaf trayektoriyası gələn il komandanın yenidən qurulması ilə nəticələnə bilər.

Rəhbərlik artıq indidən bununla bağlı müəyyən planlar qurmağa başlayıb.

İş ondadır ki, yaxşı nəticələr fonunda klubun futbolçularına tələbat günü-gündn artıq. Yaxşı təklif qarşılığında isə heç bir futbolçunu saxlamaq mümkün deyil. Muarrem Muarrem və Leroy Corc nümunəsi buna bariz sübut ola bilər. Bu gedişlə Reynaldonun da "Qarabağ"da çox qalacağı inandırıcı deyil. Çünki ona edilən başgicəllndirici təkliflərin sayı hər ötən gün artır. Hətta baş məşqçi Qurban Qurbanov da verdiyi son açıqlamasında Reynaldonun satılmasının mümkünlüyünə eyham vurub. O cümlədən Bədavi Hüseynova da yaxşı təkliflər var. Əgər Ağdam klubu bu mövsüm Avropa Liqasında uğurlu çıxış etsə, futbolçularına tələbat bir qədər də artacaq. Bəzi futbolçuların isə yaşının çoxluğu onlarla yeni müqavilələrin imzalanmayacağını deməyə əsas verir. Bu cür davam etsə və aparıcı futbolçular yaxşı təkliflər müqabilində satılsa, o zaman Qurban Qurbanov gələn il üçün yeni "Qarabağ" qurmalı olacaq. Coşqun Diniyev, Mahir Mədətov kimi gənclərin alınması da bu planın tərkib hissəsidir.

Xəbər 711 dəfə oxundu.