Şəhriyardan uğurlu start
Cəbəllütariqdə şahmatçılar arasında beynəlxalq turnir götürüb. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov (2747) ilk partiyanı qələbə ilə bitirib. O, mükafat fondu 155 min funt-sterlinq olan yarışın ilk oyununda braziliyalı Roberto Molinanı (2415) məğlub edib.
Qeyd edək ki, turnir fevralın 2-də başa çatacaq.

Xəbər 961 dəfə oxundu.