"Mançester Yunayted"in futbolçusu rəsmən Bundesliqa klubunda
"Bayer" meksikalı futbolçunun keçidini rəsmiləşdirib. Almaniya təmsilçisi "Mançester Yunayted"dən Xavier Hernandezi heyətinə qatıb.

"Qırmızı-qara"lar Çiçarito ilə 3 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək. Transferə görə sevincli olan Hernandez açıqlamasında, "Uzun illər İngiltərə liqasında oynadım və sonra İspaniya liqası ilə tanış oldum. İndi isə Almaniya liqasında təcrübə qazanacağam" - deyib.

Qeyd edək ki, Xavier Hernandez ötən mövsüm "Real"da icarə əsasında çıxış edib.

Xəbər 678 dəfə oxundu.