Sumqayıt Qaradağ Lökbatan üzərində darmadağına sevindi
"Sumqayıt" Premyer Liqada yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirib. Aqil Məmmədovun komandası 1-ci divizion təmsilçisi "Qaradağ Lökbatan" üzərində 6:1 hesablı qələbə qazanıb.

Elita təmsilçisinin heyətində qolları Ağabala Ramazanov (2), Nuran Qurbanov (2), Fuad Məmmədzadə və Bəxtiyar Həsənalızadə vurub.

Xəbər 663 dəfə oxundu.