“Bizi çətin oyun gözləyir” – Rahid Əmirquliyev
Milli komandamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev “AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyun haqda fikirlərini bildirib.

Oyunöncəsi keçirilən mətbuat konfransında təcrübəli futbolçu bunları deyib:

"Bizi çətin oyun gözləyir. Yaxşı nəticə qazanmağa çalışacağıq. Uzaqdan zərbələr üzərində xüsusi çalışmamışam. Necə alınacağını görəcəyik".

Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlayacaq.

Xəbər 652 dəfə oxundu.