Təcrübə öz sözünü deyir
Respublika Şahmat Məktəbində kişilər arasında Azərbaycan çempionatı start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışda 10 şahmatçı iştirak edir ki, onlardan 7-si qrossmeysterdir.

Dairəvi sistem üzrə keçirilən rəqabətin 2-ci turundan sonra Azər Mirzəyev, Vüqar Rəsulov və FİDE ustası Kənan İzzət hərəyə 1,5 xal toplayıblar. Zaur Məmmədov, Sərxan Quliyev, Vasif Durarbəyli və Nicat Məmmədovun hesabında 1 xal, Fərid Abbasov, Bəhruz Rzayev və Rəsul İbrahimovun 0,5 xalı vardır.

3-cü turda Zaur Məmmədov – Fərid Abbasov, Bəhruz Rzayev – Azər Mirzəyev, Sərxan Quliyev – Vasif Durarbəyli, Nicat Məmmədov – Rəsul İbrahimov, Vüqar Rəsulov – Kənan İzzət görüşləri keçiriləcək.

Xəbər 1005 dəfə oxundu.