"Sumqayıt" birinci divizion klubuna qalib gəldi
"Sumqayıt" Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Aqil Məmmədovun komandası birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. Bu matçda "Sumqayıt" 6:1 hesablı qələbə qazanıb. "Sumqayıt"ın qollarını Ağabala Ramazanov (2), Nuran Qurbanov (2), Fuad Məmmədzadə və Bəxtiyar Həsənalızadə vurub.

Xəbər 635 dəfə oxundu.