Avrokuboklara fasilə - Millilər başlayır
Sabah AÇ-2016-nın seçmə mərhələsinin A, B və H qruplarında növbəti oyunlar keçiriləcək.

Günün ilk oyunu Bakıda - "Bakcell Arena"da baş tutacaq. Burda millimiz Xorvatiya yığmasını qəbul edəcək.

Günün ən maraqlı oyunlarından biri də Belçikada baş tutacaq. Hazırda B qrupunda ikinci pillədə qərarlaşan meydan sahibləri seçmə mərhələyə gözlənilmədən uğursuz start verən Bosniya və Herseqovina millisini qəbul edəcək.

A qrupunda mübarizə aparan Türkiyə millisi isə evdə Latviyanı sınağa çəkəcək. Bu qarşılaşma qardaş ölkə millisi üçün böyük əhəmiyyət daşıyır. Belə ki, hazırda hesabında 8 xal olan "ay-ulduzlular" Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün mütləq latışları məğlub etməlidi.

Heç kimin gözləmədiyi halda A qrupunun liderinə çevrilən İslandiya millisi isə səfərdə Hollandiya ilə qarşılaşacaq. Hollandlar Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə verən ilk iki pilləyə iddiasını davam etdirmək üçün evdə islandlardan 3 xal almağa çalışacaq.

Xəbər 655 dəfə oxundu.